AZ

Bu, indiyə qədər gördüyüm ən yaxşı paraddır – Lukaşenko

Lukaşenko Moskvadakı paradı indiyə qədər gördüyü ən yaxşı parad adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada keçirilən Qələbə Paradını Rusiyada keçirilən bütün paradlardan ən yaxşısı adlandırıb.

“Rusiya Federasiyasında indiyə qədər keçirdiyiniz ən yaxşı paraddır. Mən Sovet paradlarında iştirak etməmişəm. Amma bütün Rusiya paradlarını görmüşəm. Və deyə bilərəm ki, bu, ən güclü paraddır”, – o, jurnalistlərə deyib.

Lukaşenko əlavə edib ki, paradda texnikanın olmaması ilə bağlı mümkün şikayətlər yersizdir, “müharibə vaxtıdır” deyə izah edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
interpress.az

1Mənbələr