Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan 9 mayı Böyük Qələbə Günü hesab edir. Bunu jurnalistlərə açıqlamasında o, Böyük Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edərkən deyib. Bəsbu gün Şuşada Qələbə Günü deyilmi?kimi gülünc suala isə nazir müavini Səfəryan belə cavab verib: “Bu gün biz Böyük Qələbə Gününü qeyd edirik”. Digər bir suala gəldikdə – niyə hazırda Ermənistanda Şuşanın Qələbə günü qeyd olunmur? – Səfəryan deyib: "Aydın səbəblərə görə".Görünür nazir müavini ermənilərə demək istəyib ki,Azərbaycan ordusu Şuşanı işğaldan azad etdiyinə görə siz bundan sonra Şuşanın işğalı gününü qələbə günü kimi qeyd etməyi ancaq yuxuda görə bilərsiniz.
Surxay Əliyev