Növbəti 20 il ərzində Bill Qeyts demək olar ki, bütün sərvətini “dünyadakı insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün” sərf etmək niyyətindədir. Milyarder və Microsoft-un həmtəsisçisi Bill Qeyts yaxın 20 il ərzində demək olar ki, bütün şəxsi sərvətini xeyriyyə təşkilatlarına və humanitar işlərə bağışlayacağını bəyan edib:- "Mən faktiki olaraq bütün var-dövlətimi Qeyts Fondu vasitəsilə dünyada insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün verəcəyəm. Və 31 dekabr 2045-ci ildə fond öz qapılarını həmişəlik bağlayacaq", - deyə Bill Qeyts cümə axşamı, mayın 8-də bəyan edib.
Surxay Əliyev