AZ

Suriyadan İranla bağlı Donald Trampa təklif

BAKI, 9 may. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa amerikalı həmkarı Donald Trampla görüşmək istəyir.

Teleqraf xəbər verir ki, bunu Suriya Fövqəladə Hallar Təşkilatının (SETF) icraçı direktoru Moaz Mustafa “Al Arabiya”ya deyib.

Onun sözlərinə görə, Şaraa bölgədə sülhün əldə edilməsi və Suriyanın yenidən qurulması ilə bağlı fikirlərini bölüşmək üçün Trampla görüşmək niyyətindədir. Görüş təklifinin artıq Dəməşq tərəfindən Ağ Evə çatdırıldığı bildirilib.

Mustafa Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə keçirilə biləcək Tramp-Şaraa görüşünü regionda sülhə nail olmaq və İranı Suriyada zəiflətmək üçün qızıl fürsət hesab edir:

“Suriya Prezidenti İranın Suriyaya qayıtmasının qarşısını almaq və terrorla mübarizə səylərində, o cümlədən İŞİD məhbusları və köçkün ailələri ilə məşğul olmaqda Vaşinqtonla sıx əməkdaşlığı davam etdirmək öhdəliyini təsdiqləyib”.

Suriyanın yeni hökumətinin tələb etdiyi sanksiyaların ləğvi ilə bağlı Moaz Mustafa qeyd edib ki, sanksiyalar keçmiş prezident Bəşər Əsədə görə tətbiq edilib və baş verən dəyişikliklər nəzərə alınaraq, ABŞ bunları ləğv etməlidir.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr