AZ

Tramp Kiyevin 30 günlük atəşkəs təklifini dəstəklədi


Ukrayna lideri Vladimir Zelenskinin daha əvvəl Kremlə təklif etdiyi 30 günlük atəşkəs planını dəstəklədiyini bildirən ABŞ prezidenti Donald Tramp cümə axşamı, mayın 8-də Truth Social platformasında,Rusiyaya müraciət edərək yazıb:-"Atəşkəs əldə olunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcəklər". "Rusiya və Ukrayna arasında sülhün bərqərar olması üçün avropalılarla çalışacağam və bu, davamlı sülh olacaq! Bu atəşkəs son nəticədə sülh razılaşmasına gətirib çıxarmalıdır", -deyəAğ Evin rəhbəri bildirib. Məlum olduğu kimi,mayın 7-də axşam, Kremlin üç günlük atəşkəsin qüvvəyə minməsinə saatlar qalmış Ukrayna prezidenti Vladimir Zelenski bütün hərbi əməliyyatları ən azı 30 gün dayandırmağı təklif etdi. Rusiya bu təklifə hələ cavab verməyib. Putinin Qələbə Günü şərəfinə elan etdiyi atəşkəs mayın 11-i saat 00:00-da başa çatır. Trampın komandası isə Rusiyaya qarşı sanksiyaları gücləndirmək planı hazırlayırdı.Mayın əvvəlində Bloomberg xəbər vermişdi ki, Trampın komandası Rusiyaya iqtisadi təzyiqi artırmaq üçün bir neçə variant hazırlayıb, çünki Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaqda gecikir. Bu variantların dəqiq nədən ibarət olduğu məlum deyil. Bloomberg-in mənbələri müharibəni bitirmək üçün diplomatik səylərin davam etdiyi üçün Tramp hələ bir qərar vermədiyini bildirib. Onlar vurğulayırlar ki, istənilən qərar ABŞ prezidentinin səlahiyyətindədir.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr