Bu barədə yazan “Reuters” qeyd edir ki, ABŞ əsas məsələlərdə, o cümlədən Ukraynaya qarşı müharibədə Rusiyanın mövqeyini anlamağa başlayıb. Bununla belə, Kremlin hələ də bəzi sualları var. Bu açıqlama ilə Kremlin köməkçisi və Rusiyanın ABŞ-dakı keçmiş səfiri Yuri Uşakov çıxış edib. "Bu vəziyyət nəticəsində nəyə nail olmağa çalışdığımız aydın şəkildə başa düşülür" deyə o bildirib. Rusiyanın ABŞ-dakı keçmiş səfiri əlavə edib ki, "Müəyyən dərəcədə bizim tələblərimiz, düşüncələrimiz, təkliflərimiz nəzərə alınır. Hamısı yox. Amma proses gedir". Uşakov Vaşinqtonla münasibətlərin istiləşməsinə işarə edərək bildirib ki, ABŞ prezidenti Donald Tramp prezident Co Baydendən fərqli olaraq Rusiyaya, xüsusən də Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mövqeyini yumşaldıb. Qəzet yazır: “ABŞ rəsmilərinin bəzi şərhləri, məsələn, Trampın xüsusi elçisi Steve Vitkoffun mövqeyi, bəzən Kremlin mövqeyi ilə üst-üstə düşür”.
Surxay Əliyev