AZ

Ermənistan XİN: Azərbaycanla sülhün imzalanması bağlı xoş xəbəri gözləyin

Ermənistan XİN rəhbəri Azərbaycanla sülhün imzalanması ilə bağlı danışıqlardan xoş xəbər gözləməyə çağırıb.

İnterpress.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə Azərbaycan ilə sülh sənədi üzrə aparılan danışıqları şərh edərkən bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Azərbaycanla sülhün imzalanması ilə bağlı “danışıqların olduğunu” bəyan edib və “xoş xəbər” gözləməyə çağırıb.

Eyni zamanda diplomat bu “şad xəbərin” yaxın gələcəkdə gələcəyini istisna etməyib.

“Hazırda dəqiqləşdiriləcək heç bir məlumat yoxdur, biz məsləhətləşmələrə başlamağa indi də hazırıq. Hələlik heç bir irəliləyiş yoxdur, lakin danışıqlar var və hər hansı danışıqlarda olduğu kimi, səbirli olaq”, – Mirzoyan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
interpress.az

1Mənbələr