AZ

Xavinin nəhəng kolleksiyası: Kimlərin formaları var

“Barselona”nın sabiq yarımmüdafiəçisi və baş məşqçisi Xavi bildirib ki, əvvəllər oyundan sonra forma mübadiləsinə qeyri-ciddi yanaşırmış, ancaq meydandan kənarda dost olduğu futbolçularla forma dəyişirmiş.

Publika.az xəbər verir ki, Xavi bu barədə “The Athletic”ə danışıb. Ancaq karyerasının sonuna yaxınlaşdıqca, Xavi kolleksiyasına daha çox forma əlavə edib.

“Oynadığım finallardan sonra formalarımız saxlayırdım. Başqa oyunlarda isə dəyişirdim. Onların sayı 400-dən çoxdur! Karyeramın sonlarına yaxın, artıq 33 yaşım olanda formalarımı tez-tez dəyişməyə qərar verdim. Anam mənə zəng edib dedi ki, ata evində 200-ə yaxın futbol forması var. Onları bir yerə yığdım.

Oyunun sonunda anamın zənginə qədər, adətən birbaşa paltardəyişmə otağına gedirdim. Bəzən yaxın dostlarla – Madriddə və ya “Malaqa”da olanda Saviola, “Sevilya”da oynayan Fernando Navarro, Kasilyas, Fernando Llorente, Xoseba Etçeberria ilə forma dəyişirdim.

Onlar “hey, gəlin köynəkləri dəyişək” deyirdilər. Amma son iki ildə “Modriçin formasını istəyirəm” deyə düşünürdüm”, – Xavi bildirib.

Seçilən
0
publika.az

1Mənbələr