AZ

Vensdən yeni açıqlama: - "Ukraynanın parçalanmasını istəmirik"


ABŞ Ukraynanın suveren dövlət olaraq qalmasını və Ukraynanın parçalanmasını istəmir. ABŞ-ın vitse prezidenti Vens bu barədə Fox News telekanalında bildirib:- "Biz Ukraynanın parçalanmasını istəmirik. Biz açıq-aydın Ukraynanın suveren dövlət olaraq qalmasını istəyirik. Lakin Rusiya hələ fəth etmədiyi ərazilərin ona veriləcəyini gözləyə bilməz. Və bu, onların orijinal sülh planında nəzərdə tutduğu əsas məqamlardan biridir", - deyə Vans qeyd edib. Bundan əlavə, ABŞ vitse-prezidenti Rusiyanın pis niyyətli davranışı üzə çıxarsa, Vaşinqtonun Ukrayna üzrə danışıqlar prosesindən çəkilməyə hazır olduğunu vurğulayıb.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr