Cənubi Asiya ölkəsi Şri-Lankada hərbçiləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
News24.az xəbər verir ki, Şri-Lanka Hərbi Hava Qüvvələrinin rəsmisi, göyərtəsində 10-dan çox hərbçinin olduğu "Bell 212" tipli helikopterin ölkənin daxili hissəsindəki Maduru Oya bölgəsində qəzaya uğradığını bildirib.
Hərbi Hava Qüvvələrinin sözçüsü Eranda Geeganage bildirib ki, helikopterdən xilas edilərək xəstəxanaya çatdırılan 6 hərbçi həyatını itirib.
Geeganage Reuters-ə bildirib ki, vertolyot parada təyin edilib və xüsusi təyinatlıların dörd üzvü və hava qüvvələrinin iki üzvü həlak olub. Sözçü qəzanın mümkün səbəbləri barədə ətraflı məlumat verməkdən imtina edib.
Günel Məlikzadə