AZ

Bank kartlarından oğurluq: kim məsuliyyət DAŞIYIR...

Son bir neçə ayda vətəndaşların plastik kartlarından yüz minlərlə manat vəsait dələduzluq yolu ilə ələ keçirilib. Aidiyyəti qurumlar vətəndaşları xəbərdar etsə də, bu hallar hələ davam edir. Hakerlərin kibercinayətkarlıq yolu ilə ayrı-ayrı vətəndaşlara məxsus vəsaitləri ələ keçirməsinə şərait yaradan bir sıra amillər var.

Modern.az-a açıqlamasında İT məsələləri üzrə mütəxəssis Elvin Abbasov deyir ki, kiberdələduzluq hallarının artmasında əsas iştirakçı vətəndaş olsa da, burada digər məsuliyyət daşıyan tərəflər də var.

Onlara bank, əlaqəli digər korporasiyalar və dövlətin tənzimləyici qurumu bu istiqamətdə öz məsuliyyətlərini bir daha gözdən keçirməlidirlər. 

“Vətəndaşın üzərinə düşən odur ki, o bu mövzu haqqında savadlı olmalıdır. Kibersahədə müəyyən qaydaları bilməli, rəqəmsal səriştəliyi mənimsəməli (xüsusilə o sahədə çalışırsa), bank kartı tətbiqlərindən istifadə edirsə, başına gələ biləcək çətin anları nəzərə almalıdır, fərdi, şəxsi, bank məlumatlarını və OTP kodunu ətrafı ilə paylaşmamalıdır.” - deyə ekspert söyləyib. 

Ekspertin fikirlərinə görə, hansısa bir şəxsdən cibindəki pulu verməsini istəsək, o buna etiraz edəcək və səbəb soruşacaq. Amma rəqəmsal sahədə vətəndaşı manipulyasiya etmək daha asandır. Bunun da səbəbi rəqəmsal səriştəlik haqqında biliklərin olmamasıdır. 

Xüsusilə də özəl sektor, bank korporasiyaları burada məsuliyyətli olmalıdır. Dələduzlar vətəndaşa öz adları birbaşa müraciət edə, adlarına hesab açaraq özəl kodları əldə edirlər. Kiberdələduzluq bir neçə insidentlər ilə ifadə oluna bilər. Bəzi hallarda vətəndaş özü burada iştirak etmir və dələduzluğun qurbanı olur. 

Elvin Abbasov qeyd edib ki, ilk olaraq, Mərkəzi Bankın üzərinə böyük məsuliyyət düşür. Çünki o ölkə ərazisində bankları tənzimləyən və onlara lisenziya verən orqandır. Qurum nəzərə almalıdır ki, hər bir vətəndaş bu hallar ilə qarşılaşa bilər. Həmçinin, hər kəsin rəqəmsal savadlılığı eyni dərəcədə deyil. 

Ümumilikdə, məsuliyyət hər üç tərəfin (vətəndaş, dövlət, bank korporasiyaları) üzərinə düşür. Onlar birlikdə çalışmalıdırlar ki, bu halların qarşısını almaq mümkün olsun.

Zərif Sofiyeva

Seçilən
0
modern.az

1Mənbələr