Tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı xoş xəbər gələ bilər.
Modern.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun sualına cavab olaraq Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Bakı ilə danışıqlar aparılırmı, əgər aparılırsa, Azərbaycanın ilkin şərtləri ilə bağlı nə məlumdur” sualına XİN rəhbəri belə cavab verib:
"Hər şey artıq deyilib, mahiyyət etibarı ilə, hazırda yeni məlumat yoxdur. Necə ki, bir dəqiqə əvvəl məsləhətləşmələrə başlamağa hazır idik, indi də hazırıq. Təəssüflər olsun ki, Azərbaycan tərəfdən müxtəlif bəyanatlar eşidirik, hələ ki hər hansı irəliləyiş yoxdur. Amma müzakirlər gedir, səbirli olaq, bəlkə yaxın gələcəkdə yaxşı xəbərlər olacaq”.