AZ

Bill Qeyts sərvətinin 99 faizini bağışlayacaq

“Microsoft”un qurucusu Bill Qeyts 2045-ci ilə qədər 108 milyard dollarlıq sərvətinin 99 faizini xeyriyyə məqsədilə bağışlamağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, Qeyts “Gates” fondu vasitəsilə etdiyi ianələri sürətləndirməyə qərar verib və 2045-ci ilə qədər fondun fəaliyyətini dayandırmağı planlaşdırır.

"İnsanlar mən öləndə çox şey deyəcəklər, amma "varlı öldü” deməyəcəklər”, - deyə Qeyts söyləyib.

O, qərarını 19-cu əsrin xeyriyyəçisi və iş adamı Endryu Karneqinin “Zənginliyin İncili” adlı məqaləsi ilə əsaslandırıb.

Seçilən
0
publika.az

1Mənbələr