AZ

Rusiya və ABŞ arasında yeni görüş planlaşdırır

Rusiya və ABŞ nümayəndə heyətlərinin səfirliklərin fəaliyyətinin bərpası məsələsi ilə bağlı yeni görüşü planlaşdırılır, lakin hələlik konkret tarix yoxdur.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

“Bəli, bu baş tutacaq. Hələ ki, tarix müəyyənləşməyib. Amma qarşılıqlı əlaqənin vacibliyi anlayışı var. Bu istiqamət ümumilikdə işləkdir, müəyyən irəliləyişlər var və bu irəliləyişləri artırmaq lazımdır”, - deyə nazir müavini bildirib.

Xatırladaq ki, aprelin 10-da İstanbulda Rusiya və ABŞ arasında səfirliklərin fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci raundu keçirilib.

Seçilən
0
axar.az

1Mənbələr