AZ

Məktəbdə iki qətl birdən - FOTO

Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.

News24.az xəbər verir ki,  qapıçı işləyən A.T.(55) naməlum səbəbdən yeməkxanada işləyən Rəna və bacısı Qonca Çavuşu güllələyərək öldürüb.

Hadisə yerinə çox sayda polis qrupu və sağlamlıq işçisi cəlb edilib və ağır yaralanan iki qadına tibbi yardım göstərilsə də, xilas edilə bilmədiyi öyrənilib.

Hadisədən sonra qaçan A.T. polis tərəfindən saxlanılıb.

Qətllərlə bağlı istintaq davam edir.

Digər tərəfdən, şübhəlinin bir müddət əvvəl həbsxanadan çıxdığı və cəmiyyətə inteqrasiyası üçün keçmiş məhkum heyətindən məktəbə işə götürüldüyü öyrənilib.

Günel Məlikzadə

Seçilən
0
news24.az

1Mənbələr