Azərbaycanın qadın cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Böyük Dəbilqə" turnirində uğursuz çıxış ediblər.
Sportal.az xəbər verir ki, təmsilçimizin hər üçü yarışı medalsız başa vurub.
Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mükafat qazana bilməyiblər.
Qeyd edək ki, üç gün davam edəcək yarışa 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) qatılıb.
saytlarin hazirlanmasi