Hazırda Moskvanın Qızıl Meydanında Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilir. Məlumatı “İzvestiya.ru” verib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, paradda Rusiya Müdafiə Nazirliyi və digər təhlükəsizlik orqanlarının - FTX, Rusiya Fövqəladə Hallar Nazirliyi, Rusiya Milli Qvardiyası və dost xarici dövlətlərin ordu hissələrinin 11,5 mindən çox hərbçisi iştirak edir. Parad bölmələrinin 1500-dən çox hərbçisi xüsusi hərbi əməliyyatın iştirakçısıdır. Bu barədə hesabatda deyilir.
Xəbər verdiyimiz kimi, Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistan olmaqla on üç ölkənin parad bölmələri Qızıl Meydandan keçəcək.
Paradda həmçinin bir sıra xarici ölkələrdən, xüsusilə Ermənistan, İsrail, Monqolustan və ABŞ-dan olan veteranlar, ictimai xadimlər, o cümlədən Pyer de Qoll (Şarl de Qollun nəvəsi), məşhur fransız iş adamı Gilles Remi və ilk Çexoslovakiya kosmonavtı Vladimir Remek də nəzərdə tutulub.
P.ƏMİRCANOV
XQ