BAKI, 9 may. TELEQRAF
Son üç gündə Pakistan ümumilikdə 77 Hindistan pilotsuz təyyarəsini (PUA) məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyasına Silahlı Qüvvələrdən bildirilib.
“Mayın 8-də axşam saatlarında Pakistan Hindistanın 29 pilotsuz təyyarəsini vurub, bu gecədən indiyədək isə əlavə 48 pilotsuz uçan aparat məhv edilib”, - məlumatda deyilir.
Silahlı Qüvvələr bəyan edib ki, Pakistan Hindistanın təcavüzünə adekvat cavab verir.