AZ

Kobaxidze avropalı məmurları ittiham edib

AzVision.az bildirir ki, belə açıqlama verən Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, 2022-ci ildə “gürcü xalqına heç bir əsas olmadan Avaropa İttifaqı (A) üzvlüyünə namizəd statusu verilmədi, sonra isə Aİ ilə danışıqlardan imtina edildi.

Kobaxidze deyib ki, “dərin dövlət”in təmsilçiləriGürcüstan hökumətindən Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb etsə də, rəsmi Tbilisi bu təklifi rədd edib. Bundan sonra Volodimir Zelenski Ukrayna səfirini Tbilisidən geri çağırıb.

“Heç bir Avropa ölkəsi bu qərarı tənqid etmədi, çünki koordinasiyalı idi. Bizə dedilər ki, sanksiyalara qoşulmalı və döyüşçülər göndərməliyik. Biz bunu etmədik və nəticədə səfir geri çağırıldı. Bu, bizə siyasi təzyiq göstərməyə başlanmasına səbəb oldu”,- Gürcüstanın baş naziri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
0
azvision.az

1Mənbələr