BAKI, 9 may. TELEQRAF
PKK terror təşkilatının ləğvi və tərksilah olunması ilə bağlı qurultay tezliklə keçirilə bilər.
Teleqraf-ın xəbərinə görə, bu barədə Türkiyənin müxalif Xalqların Demokratiya və Bərabərliyi Partiyasının (DEM) sözçüsü Ayşəgül Doğan məlumat verib.
“PKK-nın qurultay çağırması an məsələsidir. Biz üzərimizə düşən vəzifələri əzmlə yerinə yetiririk. Bu tarixi addıma xüsusi əhəmiyyət veririk”, - partiya rəsmisi bildirib.
Xatırladaq ki, Abdullah Öcalan fevralın 27-də rəhbərlik etdiyi PKK-nı özünü buraxmağa və tərksilah olmağa çağırmışdı. Onun çağırışı təşkilat tərəfindən müsbət cavablandırılıb.