Mayın 8-də Respublika Velotrekində Azərbaycan Velosiped Federasiyasının yeni icraiyyə komitəsinin ilk iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, iclasdan öncə federasiyanın yeni Prezidenti və icraiyyə komitəsinin üzvləri Velotrek kompleksi ilə yaxından tanış oldular.
İclas zamanı gündəlikdə olan ən vacib məsələlər üzərində müzakirələr aparılıb, vacib qərarlar qəbul edilib.
Əlavə olaraq qeyd etmək istərdik ki, Özbəkistanda keçirilən “Silkway Namangan” beynəlxalq turnirində bu gün yığma komandamızın iki üzvü – Artyom Proskuryakov (Skretç) və Viktoriya Sidorenko (Sprint qrup yarışı) bürünc medal qazanıblar. Yarışlar davam edir.