9 may tarixi Ermənistan üçün üçqat bayram deyil.
İnterpress.az xəbər verir ki, bunu erməni mediasına Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Qriqoryan bəyan edib ki, o, 9 may tarixini üçqat bayram hesab etmir.
“Biz İkinci Dünya Müharibəsində qələbə uğrunda canlarından keçən hər kəsin xatirəsini ehtiramla yad etməyə gəlmişik. Üçqat bayram və həlak olanların xatirəsi iki fərqli şeydir”, – Qriqoryan bildirib.
Ermənistanda uzun illərdir ki, ermənilər 1945-ci ildə İkinci Dünya Müharibəsində qələbə ilə yanaşı Şuşanın işğalı və 1992-ci ildə Qarabağ separatçıları tərəfindən “müdafiə ordusu” adı altında terrorçu birləşmə yaradılmasını, necə deyərlər, “bayram” edirdilər.
Xuraman Etibarlı
İnterpress.az