Bu həftə Çempionlar Liqasının finalçıları müəyyənləşdi.
Publika.az xəbər verir ki, mayın 31-də Münhendə keçiriləcək həlledici görüşdə PSJ və "İnter" qarşılaşacaq. "Opta" superkompüteri turnirin qalibinin adını açıqlayıb.
Proqnoza görə, finalın favoriti PSJ sayılır. Fransız klubunun kuboku qazanmaq ehtimalı 53,4%, "İnter"in şansı isə 46,4% olaraq qiymətləndirilir.
Qeyd edək ki, parislilər yarımfinalda "Arsenal" üzərində qələbə qazanıblar (1:0, 2:1), Milan təmsilçisi isə "Barselona"nı mübarizədən kənarlaşdırıb (3:3, 4:3).