AZ

Ukraynada yerli GART 5100 mexaniki minatəmizləmə maşını sertifikatlaşdırılıb

Ukraynanın “XTI Engineering” şirkəti tərəfindən inkişaf etdirilən GART 5100 mexaniki minatəmizləmə maşını dövlət sertifikatlaşdırma prosedurundan keçib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sertifikatlaşdırılan GART 5100, artıq kütləvi istehsala hazırlanır.

Maşın müxtəlif növ minaları və digər partlayıcıların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. O, minaları zərərsizləşdirməkdən ötrü ön hissəsində yerləşdirilən toxmaqlardan və freze tipli kəsicilərdən istifadə edir.

GART 5100, 600 m məsafədən uzaqdan idarə olunur ki, bu da operatorun təhlükəsizliyini təmin edir. Əgər təkrarlayıcı (idarəetmə məsafəsinin artırılması üçün) quraşdırılıbsa, təhlükəsiz məsafə 1 km-dən çox artırıla bilər. Kompleks geniş baxış bucaqlı kamera sistemi ilə təchiz olunub.

Mexaniki minatəmizləmə maşınının işləmə sürəti saatda 1.5 km-dir. O, bir işıq günündə partlayıcı obyektlərlə çirklənmiş 2 hektardan çox ərazini minalardan təmizləməyə qadirdir. Onun təmizləmə dərinliyi 300 mm təşkil edir və dəyişdirilə bilən avadanlıq müxtəlif torpaq növlərinə uyğun işləməsini mümkün edir.

Seçilən
0
poliqon.az

1Mənbələr