AZ

Reşforddan “Barselona”ya keçmək üçün hiyləgər addım

“Mançester Yunayted”in futbolçusu Markus Reşford “Barselona”nın baş məşqçisi Hans-Diter Flik və hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi ilə müqavilə imzalayıb.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin sözügedən menecerlə əməkdaşlığa başlaması onun Kataloniya klubuna keçməsi üçün strateji addımdır. İngiltərəli oyunçu Zahavinin “Barselona” ilə güclü əlaqələrindən və klub prezidenti Joan Laporta ilə yaxşı münasibətindən xəbərdardır.

Futbolçuya yaxın mənbələr tərəflər arasında ilkin danışıqların artıq başladığını bildiriblər. Hücumameyilli yarımmüdafiəçinin icarə əsasında “Barselona”ya keçmə ehtimalı var. Reşford keçidin baş tutması üçün maaşını azaltmağa da hazırdır.

Təcrübəli futbolçu qışda icarə əsasında “Aston Villa”ya keçib. Reşfordun “Mançester Yunayted”lə 2028-ci ilin yayına qədər müqaviləsi var.

Seçilən
0
msport.az

1Mənbələr