Kürdüstan Fəhlə Partiyası tezliklə buraxıldığını elan edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin hökumət qəzeti hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelikin bəyanatına istinadən məlumat yayıb.
Bundan sonra Türkiyə hakimiyyəti PKK və onun qollarının tərksilah edilməsini gözləyir. Çelikin vurğuladığı kimi, Ankara barışmaz hərəkət etmək niyyətindədir və “dövlətin əsas prinsiplərini” müzakirə etməyəcək.
Qeyd edək ki, bu il martın 1-də PKK İcraiyyə Komitəsi silahı yerə qoyduqlarını açıqlayıb.\\Lent.az