AZ

Prezidentlə xanımı faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar - FOTO - YENİLƏNİB

Çində ekoloji təmiz avtomobillərin (elektromobil və hibrid avtomobillər) satışında apreldə 37 faizlik artım qeydə alınıb.

Avtosfer.az Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatına istinadla xəbər verir ki, ötən ay ölkədə 922 min “yaşıl” avtomobil satılıb. Əvvəlki illə müqayisədə artıma baxmayaraq, mart ayı ilə müqayisədə satış 7 faiz azalıb. Bununla belə, Çindəki ekoloji təmiz avtomobil satışları dünya üzrə liderliyi qoruyur.

“Yaşıl” avtomobillərin populyarlıq göstəricisi də yüksəlir. Ötən ay yeni enerji avtomobillərinin bazara daxil olma nisbəti 52,3 faiz təşkil edib.

Ümumilikdə, ilin 4 ayında Çində 3,34 milyon ekoloji təmiz avtomobil satılıb. Bu da əvvəlki illə müqayisədə 37 faiz çoxdur.

Çin nəqliyyat infrastrukturunun inkişafını bərpaolunan enerji sistemləri ilə uzlaşdıraraq, 2035-ci ilədək yeni enerji avtomobillərini ümumi avtomobil satışının əsas istiqaməti halına gətirməyə çalışır.

Qeyd edək ki, ötən il Çində elektromobil və hibrid avtomobil istehsalı 12 milyondan çox, pərakəndə satışı isə 11 milyona yaxın olub. İstehsal və satış təxminən 35 faiz artıb. Çin ardıcıl 10 ildir elektrik avtomobillərin istehsalında və satışında dünya lideridir. Ötən il dünya üzrə elektrik avtomobili satışının yarıdan çoxu Çində olub.(Azərtac)

Seçilən
0
avtosfer.az

1Mənbələr