AZ

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

"Real Madrid" Almaniya təmsilçisi "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso ilə müqavilə bağlamaq üzrədir.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, tərəflər artıq anlaşmanın müddəti və maliyyə şərtləri ilə bağlı razılığa gəliblər.

Xəbərə görə, 43 yaşlı ispan mütəxəssis mayın sonunda İspaniya nəhəngini tərk edəcəyi gözlənilən italiyalı çalışdırıcı Karlo Ançelottininin yerini tutacaq. Yazılanlara inansaq, danışıqlar zamanı "Real" rəhbərliyi futbolçuların transferi ilə bağlı qərarları Alonsonun deyil, klub bosslarının verəcəyini də şərt kimi irəli sürüb.

Qeyd edək ki, 33 tura 75 xal toplayan "Real" La Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Lider "Barselona"nın isə 79 xalı var.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr