AZ

Yunanıstanda Olimpiya məşəlinin alovlandırılacağı tarix məlum oldu

2026-cı il Qış Olimpiya Oyunları üçün məşəl noyabrın 26-da Qədim Olimpdə keçiriləcək mərasimdə alovlandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi məlumat yayıb.
 
Qeyd olunur ki, Olimpiya məşəlinin Yunanıstan ərazisindən keçən marşrutu 9 gün davam edəcək. 2.2 min kilometr məsafəni əhatə edən məşəl ölkənin 23 prefekturası və yeddi regionundan keçəcək. Tədbir çərçivəsində Olimpiya məşəlinin qarşılanması üçün 36 yerli mərasim keçiriləcək.
 
Məlumat üçün əlavə edək ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək Milanda və Kortina d'Ampezzoda keçiriləcək.
 
 
 
Seçilən
0
moderator.az

1Mənbələr