ABŞ-da aparılan yeni peyk radar tədqiqatı ölkənin ən sıx məskunlaşmış 28 şəhərində yer səviyyəsinin ciddi şəkildə azaldığını üzə çıxarıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 2015-2021-ci illəri əhatə edən tədqiqatda göstərilir ki, araşdırılan bütün şəhərlərdə şəhər ərazilərinin ən azı 20%-i çökməyə məruz qalıb.
Bu şəhərlərdən 25-də isə çökən ərazilərin faizi 65-i ötür. Təxminən 34 milyon insanın yaşadığı bu şəhərlərdə yerin çökməsi urbanizasiya, quraqlıq və dəniz səviyyəsinin qalxması kimi müxtəlif amillərlə əlaqələndirilir.
Virginia Tech Universitetindən geofizik Leonard Ohenhenin rəhbərlik etdiyi tədqiqat qrupunun məlumatına görə, səthinin 98%-dən çoxu çökən şəhərlər arasında Chicago, Dallas, Columbus, Detroit, Fort Worth, Denver, New York, Indianapolis, Houston və Charlotte kimi iri şəhərlər var.
İnfrastruktur səssiz şəkildə zədələnir. Tədqiqat zamanı yüksək risk altında olan ərazilərdə 29 mindən çox binanın yerləşdiyi müəyyən edilib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tip yer səviyyəsi azalması əksər hallarda səssiz şəkildə baş verir və infrastrukturda yaranan zədələr yalnız ciddi mərhələyə çatdıqda nəzərə çarpır.
Bizim.Media