AZ

Angelos Postekoqlu: “Finalın intizarındayıq”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “mahmızlar”ın Avropa Liqasının finalına yüksəlməsini şərh edib.

Arena.az xatırladır ki, yarımfinalın ilk oyununda doğma meydanda “Bodo Qlimt” üzərində 3:1 hesablı qələbə qazanmış “Tottenhem”, səfərdən 2:0 hesablı inamlı qələbə ilə qayıdıb.

Angelos Postekoqlu matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“İndi qızğın müzakirələrə başlayacaqlar ki, onların fikrincə, heç birimiz – nə biz, nə də “Mançester Yunayted” qənimətə layiq deyilik. Əgər biz qəniməti qazanmasaq, sadəcə komanda ilə birlikdə şəkil çəkdirəcəyik, çünki biz guya layiq deyilik.

İngiltərə Premyer Liqasında çətinliklər yaşamağımız kimi narahat edir ki? Ümumiyyətlə bu, nə üçün vacibdir? Əgər finala çıxmaq belə asandırsa, nə üçün bunu mövsümü ilk üçlükdə bitirmiş hamı edə bilmir? Bu, çempionatdakı halınızla əlaqədar olmayan ayrıca tarixçədir.

Biz başa düşürük ki, çempionat mövsümümüz heç də ən yaxşı olmayıb. Hansı çətinliklərdən keçdiyimizi anlayırıq. Onlar da bir çoxu şərtlərlə əlaqəlidir. Amma bəs nə üçün bu, finala yüksəlməyimizi əskiltməlidir?

Artıq, dediyim kimi, bir çox klublar çempionatı birinci, ikinci və ya üçüncü yerdə başa vurublar, amam finala çıxa bilməyiblər. Nə üçün bu, bizim uğurumuza kölgə salmalıdır? Kimin böhranda oluduğu, kimin olmadığı, doğrusu, mənim vecimə də deyil.

Mən hesab edirəm ki, biz və “Mançester Yunayted” finalda oynamağı haqq etmişik. Biz, güman ki, növbəti mövsümdə Çempionlar Liqasında ola biləcək komandaları yolüstü məğlub etmişik. Odur ki, mən finalı səbirsizliklə gözləyirəm – bu, elə oyunun özünə də aiddir”, – “talkSPORT” dərgisi yunanəsilli avstraliyalı mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, Avropa Liqasının “Tottenhem” – “Mançester Yunayted” final oyunu mayın 21-də Bilbaonun “San-Mames” stadionunda baş tutacaq.

Seçilən
0
arena.az

1Mənbələr