AZ

Hindistan Pakistan sərhədindəki hücumları dəf etmək üçün bu yola ƏL ATDI

Ajans.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb. S-400 ilə yanaşı, milli istehsalı olan “Akaş” zenit-raket kompleksləri, elektron döyüş sistemləri və əks-dron sistemləri yerləşdirilib. Pakistandakı hədəfləri vurmaq üçün İsrail istehsalı olan “Harop” hücum dronlarından da istifadə edilib. Pakistanın hücumları iki dalğada - mayın 7-dən 8-nə keçən gecə və mayın 8-i axşam həyata keçirilib. Birinci dalğa Hindistanın şimal və qərbindəki 15 şəhəri, ikinci dalğa Cammu, Kəşmiri, Pəncab və Racastan sərhəd bölgələrini vurub. İlkin hücuma cavab olaraq Hindistan Pakistan daxilindəki hərbi hədəflərə, o cümlədən Lahor ətrafındakı ərazilərə cavab zərbələri endirib. S-400 Triumf Sovet S-300 zenit-raket kompleksinin Rusiya modifikasiyasıdır, nəinki müstəqil atəş açmaq, həm də hava hədəflərinin intensiv şəkildə məhv edilməsi şəraitində müxtəlif hava hücumundan müdafiə sistemləri şəbəkəsini idarə etmək qabiliyyətinə malikdir. Hindistan 2018-ci ildə sistemin beş batalyonu üçün müqavilə imzalayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
Ajans.az

1Mənbələr