Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "İnter"in qapıçısı Yann Zommer yarımfinal mərhələsinin cavab qarşılaşmalarının ən yaxşısı seçib.
O, "Barselona" ilə görüşdə kritik seyvləri ilə yadda qalıb.
Əlavə edək ki, Çempionlar Liqasının finalında "İnter" PSJ ilə qarşılaşacaq.