AzVision.az “European Pravda” nəşrinə istinadən xəbər verir ki, Simion Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyinin “bitərəflik, eskalasiya və silah tədarükü deyil, Trampın siyasətinə qoşulmaq” olduğunu bildirib.
O, Ukraynaya əlavə yardımın əleyhinə olduğunu və Rumıniyada keçirilən prezident seçkilərində qalib gəlsə, ölkə əhalisinə diqqət yetirəcəyini deyib.
“Bizim Ukraynaya yox, Ukraynanın bizə ehtiyacı var. Kiyev Ukraynada yaşayan rumınların icmasına hörmət etməlidir. Biz Rumıniyanın indiyədək hərbi əməliyyatlarda iştirakına görə təzminat istəyirik. Belə kompensasiyanın forması hələ də müzakirə oluna bilər. Ancaq Klaus İohannisin milli xəyanət kimi bağışladığı “Patriot” sistemi və rumınların öz ciblərindən çıxardıqları digər xərclər üçün əvəzində nəsə almalıyıq”,- Corce Simion vurğulayıb.
Xatırladaq ki, Mayın 4-də Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ifrat sağçıların lideri Corce Simion vətəndaşların 40,94%-nin etimadını qazanaraq lider olub. Buxarestin liberal meri Nikuzor Dan isə 20,99%-lə ikinci yeri tutub. Seçkilərin 2-ci və həlledici turu mayın 18-də keçirilməlidir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta