Cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı dəqiqləşən belçikalı yarımmüdafiəçi Kevin De Bröyne karyerasını digər İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Just Arsenal" yayıb.
Xəbərə görə, onun xidmətində "Arsenal" maraqlıdır. Mənbə London təmsilçisinin baş məşqçisi Mikel Artetanın 33 yaşlı futbolçunu heyətdə görmək istədiyini və artıq bu barədə rəhbərliklə danışdığını vurğulayıb.
Qeyd edək ki, De Bröyne cari mövsüm "şəhərlilər"in heyətində 36 matça çıxaraq 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat