AZ

Hindistan Pakistana zərbələr endirib: ölən və yaralılar var

Bakı. Trend:

Hindistan ordusunun Kəşmirin Pakistana aid hissəsinə endirdiyiartileriya zərbələri nəticəsində 5 nəfər həlak olub, 29 nəfəryaralanıb.

Trend ölkəninyerli KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Pakistanınİnformasiya naziri Attaullah Tərar bəyanat yayıb.

Məlumata görə, ölənlərdən birinin 12 yaşlı qız olduğubildirilir. Rəsmi İslamabad Hindistan ordusunu mülki obyektlərihədəfə almaqda ittiham edir.

Pakistan ordusunun rəsmiləri Hindistanın bu həmləsinə qarşılıqolaraq “güclü cavab zərbələrinin” endirildiyini, təmas xəttindəkiHindistanın 3 postunun vurulduğunu açıqlayıb.

Məqalədə:
Seçilən
0
2
az.trend.az

4Mənbələr