Raffaele Palladino “Fiorentina”nı daha uzun müddət çalışdıracaq.
İtaliya klubu baş məşqçi ilə müqaviləni yeniləyib. Klubun mətbuat xidmətinin məlumatına görə, italyan mütəxəssisin sözləşməsində müddətin avtomatik uzadılma bəndi var. Beləliklə, o, komandaya 2027-ci ilin yayına qədər başçılıq edəcək.
Palladino “Fiorentina”ya 2024-cü ilin yayında təyin olub. Komanda hazırda A seriyasında 59 xalla 8-ci yeri tutur. “Fio” Konfrans Liqasının yarımfinalının ilk oyununda “Betis”ə 1:2 hesabı ilə məğlub olub. Cavab görüşü mayın 8-də keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta