AZ

Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib

Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı keçirilib.

APA TASS-a istinadən xəbər verir ki, paradda Çin Sədri Si Cinpin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti İmaməli Rəhman və bir sıra digər xarici ölkə rəsmiləri iştirak ediblər.

Vladimir Putin parad başlamazdan əvvəl çıxış edib. İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Rusiya Prezidenti Vladimir Putin paradı qəbul edib.

Qeyd edək ki, Paradda Azərbaycan hərbçiləri keçid edib. Keçidə polkovnik-leytenant Samiq Məmmədov rəhbərlik edib.

Seçilən
0
7
apa.az

8Mənbələr