AZ

Hindistan Pakistan sərhədində 7 terrorçunu məhv etdiyini iddia edir

Hindistan Pakistan sərhədində 7 terrorçunu məhv etdiyini iddia edir

Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələri Pakistanla sərhəddə 7 terrorçunu öldürdüyünü və Pakistan forpostuna zərər verdiyini iddia edib. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir."8-9 may 2025-ci il tarixlərində Sərhəd Təhlükəsizliyi Qüvvələri Cammu və Kəşmirin Samba rayonunda beynəlxalq sərhəddə böyük infiltrasiya cəhdinin qarşısını alıb, azı 7 terrorçunu öldürüb və Pakistanın Dhandhardakı forpostuna külli miqdarda ziyan vurub”, - deyə açıqlamada bildirilir.Hindistan sərhədçilərinin məlumatına görə, terrorçuların böyük bir qrupu Pakistan yarımhərbi qüvvələrinin dəstəyi ilə Hindistana sızmağa cəhd edib. Sərhəd Təhlükəsizliyi Qüvvələri Pakistan ərazisində zastavanın dağıdılmasının gecə görüntülərinin əks olunduğu videonu da yayıb.

Seçilən
0
afn.az

1Mənbələr