AZ

Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Dövlət Sərhəd Xidmətinin (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi davam edir. Bugünlərdə adıçəkilən qurumların birgə keçirdiyi əməliyyat nəticəsində 1991-ci il təvəllüdlü Əliyev Şəhriyar Vaqif oğlu müvafiq xarici ölkədə yaşayan şəxslə cinayət əlaqəsinə girərək 30 kiloqramdan artıq qurudulmuş marixuananı Beyləqandan Bakıya apararkən həbs edilib.

Qeyd edək ki, DTX və DSX bundan öncə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində silsilə tədbirlər həyata keçirsə də, bu kəs diqqət çəkən ən mühüm məqamlardan biri aşkar edilən narkotik vasitənin miqdarının hədsiz çoxluğudur.

Heç kimə sirr deyil ki, bu gün müasir dünyamızda narkotiklərin qanunsuz dövriyyəsi artıq bir qrup şəxs və ya şəxslərin gəlir əldə etmək məqsədi ilə məhdudlaşmır. Bu faktor bəzi dövlət, rejim və dairələrin digər dövlət və xalqları zəiflətmək, onları fiziki-mənəvi vaxımdan şikəst etmək vasitəsinə çevrilib. Başqa sözlə desək, anti-Azərbaycan qüvvələri ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsini genişləndirməklə silahla, diplomatiya ilə nail ola bilmədikləri məqsədlərə bu yolla  nail olmağa çalışırlar. Onların məqsədi gənclərimizi kütləvi şəkildə narkotik bəlasına düçar etmək, onları fiziki-ruhi baxmdan çökdürmək, bununla da Azərbaycan adl məmləkəti müdafiəsiz qoymaqdır.

Bu baxımdan DTX və DSX-nin bu istiqamətdə apardığı əməliyyatlar sadəcə narkotik əməliyyatı deyil. Bu, genefondumuzun xilası əməliyyatıdır. Odur ki, bu əməliyyatların hər biri xalqımızın, dövlətimizin aqibəti baxımndan həyati əhəmiyyətə malikdir. Bizim bir xalq, bir dövlət olaraq gələcəyimiz bir sıra faktorlarla yanaşı, həm də bu amildən asılıdır. Və biz xalqımzın, respublikamzın gələcəyi naminə bu mübarizədə dövlətimizin, dövlət qurumlarımızın yanında olmalı, onlara dəstək verməkdir. Doğma Azərbaycanımızla birgə sabaha daha güclü, daha qüdrətli şəkildə addımlağın yeganə yolu budur.

Seymur ƏLİYEV

 

Seçilən
0
moderator.az

1Mənbələr