AZ

Səfir: Rusiya Ermənistana müttəfiq kimi baxmaqda davam edir

"Rusiyanın Ermənistana qarşı mövqeyi dəyişməz olaraq qardaşlıq və müttəfiqlik üzərində qurulub, ölkələr arasında sıx əməkdaşlıq davam edir və gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi inteqrasiya prosesində birgə işin gücləndirilməsi planlaşdırılır".

Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopirkin bildirib.

Səfir vurğulayıb ki, Rusiya tərəfinin bu mövqeyi yaxşı məlumdur və dəfələrlə müxtəlif səviyyələrdə açıqlanıb.

Jurnalistin son illərdəki hadisələrin iki ölkə arasındakı münasibətləri pozub-pozmadığı ilə bağlı sualına cavab olaraq səfir qeyd edib ki, real vəziyyəti qiymətləndirmək və münasibətləri bu reallığa uyğun şəkildə tənzimləmək lazımdır: "Əsas olan odur ki, hər iki tərəfdə də siyasi iradə və istək olsun ki, mövcud olan möhkəm və dərin təməl üzərində münasibətləri qorumağa və daha da irəliləməyə, hər iki ölkənin suverenliyi və maraqlarına qarşılıqlı hörmətlə yanaşaraq davam edək".

Seçilən
0
operativmedia.az

1Mənbələr