AZ

Kapitanı saxlamaq istəyirlər

“Mançester Yunayted” adı Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”la hallanan yarımmüdafiəçisi Brunu Fernandeşi buraxmaq istəmir.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruben Amorim açıqlama verib. İngiltərə mətbuatına danışan mütəxəssis Brununun transferinə icazə verməyəcəklərini bildirib:

“Fernandeş bizim kapitanımızdır və onun qalması üçün hər şeyi edəcəyik”.

30 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm 52 oyunda 19 qol vurub, 18 məhsuldar ötürmə edib.

Seçilən
0
futbolpress.az

1Mənbələr