AZ

Bahar Muradova: Heydər Əliyevin açdığı yol Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yoludur

BAKI, 9 may. TELEQRAF

Heydər Əliyevin açdığı yol Azərbaycanın inkişafı, rifahı, çiçəklənməsi və qüdrətli dövlətə çevrilməsi yoludur.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, hər il insanlar Ulu öndərin xatirəsini ehtiramla yad edir:

"Bu gün Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə növbəti dəfə Azərbaycanın Ümumilli lideri, Dövlətimizin yaradcısı, qurucusu və Azərbaycan dövlətçiliyini xilas etmiş Ulu öndər Heydar Əliyevin xatirəsi qarşısında ehtiram borcumuzu verməyə gəlmişik və bu xiyaban hər gün dolur, boşalır və elə bir gün, elə bir an yoxdur ki, bu şəxsiyyət həm azərbaycanlılar, həm də onu tanıyan şəxslər, dünya liderləri və ictimai xadimlər, siyasi xadimlər tərəfindən xatırlanmasın.

Bu da təbiidir, çünki yalnız öz xalqının deyil, bütün bəşəriyyətin inkişafı və əminamanlıq, sülh, təhlükəsizlik namına çalışan bəşəri idealları həmişə irəli sürüb onun arxasında dayanan və öz xalqını bütün təhlükələrdən qoruyaraq inkişafa doğru aparan liderlər hər zaman beynəlxalq, ictimai, siyasi proseslərin vacib fiqurlarından sayılır".

Bahar Muradova bildirib ki, Heydər Əliyevin bu qədər geniş insan kütləsi və dairələr tərəfindən xatırlanması təbiidir:

"Bu gün Heydər Əliyevin xatirəsi qarşısında baş əyərək, onun ruhu qarşısında hesabat veririk. Çünki onun irəli sürdüyü idealar yalnız onun yerinə yetirəcəyi vəzifələr deyil. Bununla bağlı həm xalqımızın, həm dövlətimizin, həm də hər bir vətəndaşın, hər bir fərdin qarşısında vəzifələr müəyyənləşdirib ki, biz ömür boyu nə qədər yaşayırıqsa, o vəzifələrimizi yerinə yetirməliyik və xalqımıza, dövlətimizə sxidmət etməliyik.

O baxımdan Heydər Əliyevin açdığı yol Azərbaycanın inkişafı, rifahı, çiçəklənməsi və qüdrətli dövlətə çevrilməsi yoludur. Vətəndaşlar üçünsə aydın açılmış bir prospektdir ki, o yolla gedən hər kəs mütləq şəkildə həm ailəsi, həm vətəni, həm övladları üçün, həm də, özünün fərdi idealarını və niyyətlərini yerinə yetirmək üçün gözəl imkanlar qazanır. Buna görə də bu gün bir daha biz onu çox böyük ehtiramla yad edirik, nur içində yatsın deyirik. Ruhu şad olsun!".

Seçilən
0
1
teleqraf.com

2Mənbələr