AZ

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçildi

BAKI, 9 may. TELEQRAF

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusunu seçilib.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliyanın “İnter” klubunun qapıçısı Yan Sommer layiq görülüb.

İsveçrəli qolkiper səsvermədə Fransa PSJ-sindən Əşrəf Hakimini qabaqlayıb.

Sommer İspaniyanın “Barselona” komandası ilə oyunda (4:3) 7 qurtarış edib.

Qeyd edək ki, "İnter" ÇL-nin finalında PSJ ilə üz-üzə gələcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr