AZ

Pxenyan ballistik raket buraxıb

AzVision.az xəbər verir ki, “Koreyanın səsi” radiostansiyasının yaydığı məlumata görə, təlimlərə Şimali Koreyanın lideri Kim Çen In rəhbərlik edib.

Yaponiya mediası buraxılan ballistik raketin təxminən 800 km məsafə qət etdiyini və maksimum uçuş hündürlüyününü 100 km olduğunu bildirir.

“Təlimlərin məqsədi bölmələrə silah və raket sistemlərindən istifadə qaydasını aşılamaq olub. Buraxılış üçün “Hwasongpo-11qa” taktiki ballistik raketdən istifadə edilib. Bundan əlavə, təlimlərdə 600 mm-lik uzaqmənzilli çoxsaylı buraxılış raket sistemindən istifadə olunub”,- Şimali Koreyanın “MTAK” dövlət informasiya agentliyi vurğulayıb.

Bundan əvvəl Cənubi Koreyanın “Yonhap” agentliyi Şimali Koreyanın Yapon dənizinə doğru naməlum ballistik raket atdığını açıqlamışdı. Yaponiyanın baş naziri Şiqeru İşiba bildirib ki, rəsmi Tokio Şimali Koreyanın mümkün raket buraxılışından xəbərdardırlar və məlumat toplayırlar.

Yaponiyanın “NHK” telekanalının məlumatına görə, raketlər Yaponiyanın iqtisadi zonasından kənara düşüb. Baş nazirliyin böhran qərargahında məlumatların təhlili üçün xüsusi qrup yaradılıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr