Orta Asiya və Cənubi Qafqaz xalqlarının İkinci Dünya müharibəsində qələbənin əldə edilməsində töhfəsi çox böyük idi.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar keçirilən paradda çıxışı zamanı deyib.
"Bütün respublikalar müharibənin ümumi ağır yükünü daşıdılar. Orta Asiya və Cənubi Qafqaz xalqlarının töhfəsi çox böyük idi. Buradan cəbhəyə lazım olan hər şeyi qatarlar fasiləsiz olaraq çatdırırdı. Burada xəstəxanalar yerləşirdi və yüz minlərlə təxliyə edilənlər ikinci evlərini burada tapmışdılar. Onlarla sığınacaq, çörək və isti münasibət göstərildi. Biz Böyük Vətən müharibəsi veteranlarını hörmətlə anırıq”, - dövlət başçısı bildirib.
***
11:25
İkinci Dünya Müharibəsinin nəticələrini Sovet İttifaqı qoşunları müəyyən edib.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar keçirilən paradda çıxışı zamanı deyib.
Rusiya dünya müharibəsində nasizmi darmadağın edən və bütün bəşəriyyətə azadlıq qazandıran nəslə heyran olduğunu bildirib.
“Nasizmi darmadağın edən müxtəlif xalqların nümayəndələri tarixdə rus əsgərləri kimi əbədi olaraq qalacaqlar”, - dövlət başçısı qeyd edib.
Putin İkinci Dünya müharibəsində qələbəyə Orta Asiya və Cənubi Qafqaz xalqlarının böyük töhfəsini vurğulayıb.