AZ

Heydər Əliyev və Azərbaycan - Naxçıvandan başlayan tarixi qurtuluşun böyük salnaməsi

1990-cı illərin əvvəlləri Azərbaycan üçün sadəcə müstəqillik əldə etdiyi dövr kimi deyildi, həm də dövlətin təhlükədə olması, iqtisadi və siyasi vəziyyətin ağırlaşdığı bir dövr kimi səciyyələnir. Bu dövrdə Ermənistanın Qarabağa hücumu, daxili ayrı-seçkilik vətəndaşları həm fiziki, həm də mənəvi baxımdan böyük təhlükə ilə üz-üzə qoyurdu.

Bu çətin dövrdə Azərbaycan xalqı sabitlik gətirəcək, təcrübəli və uzaqgörən bir liderə ehtiyac duyurdu. Belə bir dövrdə Heydər Əliyev ölkədə bir ümid işığı kimi parladı, onun rəhbərliyi dövlətçiliyin bərpası üçün böyük əhəmiyyət kəsb etdi.

Moskvadan qayıdış və Naxçıvana dönüş(1990)

Heydər Əliyev 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra bir müddət Moskvada yaşadı. 1990-cı ildə Bakıda baş verən qanlı 20 Yanvar hadisəsi-sovet qoşunlarının əhaliyə qarşı hərbi müdaxiləsi Heydər Əliyevin mövqeyini kəskin şəkildə dəyişdirdi. O, bu hadisədən sonra SSRİ siyasətini açıq şəkildə pisləyən ilk yüksəkrütbəli Azərbaycanlı şəxs oldu.

Həmin ilin iyulunda Heydər Əliyev doğma torpağı olan Naxçıvana qayıtdı. 

Bu sadəcə geri dönüş deyildi, bu Azərbaycanın müstəqilliyinin, dövlətçiliyin yenidən qurulmasının başlanğıcı idi.

Naxçıvanda siyasi liderin fəaliyyəti

Heydər Əliyev 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri seçildi. Həmin dövrdə Naxçıvan Ermənistanın blokadası və iqtisadi çətinliklərlə üzləşmişdi. Enerji, ərzaq və digər təminat xətləri kəsilmiş, Naxçıvan əhalisi çətinliklərlə yaşamışdı. Buna baxmayaraq, Naxçıvanda milli dövlətçiliyin təməlinin qoyulmasında mühüm addımlar atıldı.

Əsas addımlar:
• Sovet simvollarından imtina edilməsi
• Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının 17 noyabr 1990-cı ildə dövlət bayrağı kimi qəbul edilməsi
• SSRİ-yə qarşı açıq siyasi mövqenin formalaşdırılması
• Təhsil, mədəniyyət və digər sahələrdə azərbaycançılıq ruhunun gücləndirilməsi 

Bu islahatlar nəticəsində Naxçıvan, müstəqil Azərbaycanın “gizli paytaxtı”na çevrildi və burdakı idarəetmə sistemi sonradan ölkənin inkişafında əsas təməl oldu.

Diplomatik körpülərin qurulması və xarici münasibətlərin gücləndirilməsi

Naxçıvanda sadəcə daxili islahatlar olmadı, Heydər Əliyev beynəlxalq arenada Azərbaycanın maraqlarını qorumaq üçün fəal diplomatik siyasət yürütdü. Onun təşəbbüsü ilə Türkiyə ilə əlaqələr möhkəmləndirildi və 1992-ci ildə Sədərək-Dilucu körpüsünün inşası həyata keçirildi. Bu körpü, sadəcə fiziki əlaqəni təmin etməklə kifayətlənməyib, həm də Naxçıvanın iqtisadi inkişafında və beynəlxalq siyasi arenada öz mövqeyini gücləndirməkdə əsas rol oynadı.

Eyni zamanda,İranla da əməkdaşlıq qurularaq Naxçıvana ərzaq, yanacaq və elektrik enerjisi təchizatı həyata keçirildi. Bu addımlar Naxçıvan iqtisadiyyatının bərpasını sürətləndirdi və blokadadan çıxmasına böyük təkan verdi.

Naxçıvan əhalisin fədakarlığı:birlik,inam və qəhrəmanlıq

Heydər Əliyevin tətbiq etdiyi islahatlar, yalnız onun fəaliyyəti ilə məhdudlaşmayaraq, Naxçıvan əhalisinin birlik və fədakarlığını da əks etdirdi. Bölgədə yaşayan insanlar çətin şəraitə baxmayaraq özlərini Azərbaycanın gələcəyi üçün həsr etdilər. Onlar iqtisadi və sosial çətinliklərə, blokadalara və sərhəd təhdidlərinə rəğmən, öz torpağlarının və Azərbaycanın müstəqilliyi qorumağda böyük rol oynadılar

Şərur bölgəsi, Naxçıvanın ən fədakar ərazilərindən biri idi. Burada yaşayan əhali sərhəd boyunca keşik çəkərək, hər hansı bir hücüm olarsa, müdafiə tədbirlərini həyata keçirirdilər.
Onlar daima Heydər Əliyevə dəstək olaraq, müstəqilliyin qorunması yolunda Heydər Əliyevlə birlikdə idilər.

1993-cü il: Dövlətçilik böhranı və Bakıya qayıdış

1993-cü ilin yayında ölkə dərin siyasi və hərbi böhran içində idi. Gəncədə baş vermiş hərbi qiyam və hakimiyyət boşluğu ölkəni çətin vəziyyətə saldı. Prezident Əbülfəz Elçibəyin Bakını tərk etməsi daxili idarəetməni zədələdi və ölkə risk altına düşdü.

Həmin zamanda, Azərbaycan xalqı və siyasi elita Heydər Əliyevə müraciət edərək, onun ölkəni bu vəziyyətdən qurtaracağ lider olduğunu qəbul etdilər.9 iyun 1993-cü ildə Bakıya qayıdan Heydər Əliyev, 15 iyun tarixində Ali Sovetin sədri seçildi və həmin gün “Milli Qurtuluş Günü”kimi tarixə düşdü.Bu gün Azərbaycan siyasi tarixində dönüş nöqtəsi sayılır.

Prezidentlik dövrü: Dövlətin yenidən qurulması

3 oktyabr 1993-cü ildə keçirilən seçkidə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun rəhbərliyi altında köklü islahatlar həyata keçirildi:
• Daxili sabitliyin təminatı: Separatizm meyllərinin yatırılması, qanunsuz silahlı qrupların neytrallaşdırılması və ordunun yenidən qurulması
• İqtisadi reformlar: 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalandı və Azərbaycan nefti qlobal bazara çıxarılması təmin olundu
• Hüquqi dövlətin yaradılması: 1995-ci ildə qəbul edilən Konstitusiya ölkənin hüquqi və siyasi əsasını təşkil etdi.
• Xarici siyasət: Heydər Əliyev beynəlxalq arenada Azərbaycanın müstəqilliyini qorumağ üçün aktiv və strateji addımlar atdı.

Bu islahatlar nəticəsində, Azərbaycan müstəqilliyi və dövlətçiliyi bərpa olundu və ölkə inkişaf mərhələsinə daxil oldu.

Heydər Əliyev-millətin qurtuluş lideri

Heydər Əliyevin Naxçıvanda başladığı dövlətçilik missiyası və Bakıda həyata keçirdiyi siyasi islahatlar Azərbaycanın müstəqil və sabit dövlətçiliyin təməlini qoydu.Onun rəhbərliyi,yalnız siyasi və iqtisadi islahatlardan ibarət deyildi, Heydər Əliyev həm də xalqın mənəvi gücünü,dövlətə olan inamını və vətənpərvərliyini bir araya gətirərək, Azərbaycanın tarixi dönüş nöqtəsini təşkil etdi.

Naxçıvan Dövlət Universitetinin 1-ci kurs tələbəsi Səbuhi Zahirli

 

Seçilən
0
qafqazinfo.az

1Mənbələr