AZ

Putin hərbçilərə və veteranlara müraciət etdi

Ajans.az xəbər verir ki, onun çıxışını “Mash Telegram” kanalı yayıb. “Həqiqət və ədalət bizim tərəfimizdədir. Bütün ölkə, cəmiyyət, xalq xüsusi hərbi əməliyyatın iştirakçılarını dəstəkləyir. Biz onların cəsarət və qətiyyəti ilə fəxr edirik. O ruh gücü ilə bizə həmişə yalnız qələbə qazandırıb”, - deyə siyasətçi bildirib. O, həmçinin vurğulayıb ki, Rusiya İkinci Dünya Müharibəsinin dərslərini xatırlayır və heç vaxt öz tarixinin təhrif edilməsinə razı olmayacaq. Dövlət başçısı əlavə edib ki, Rusiya nasizm, rusofobiya və antisemitizm qarşısında sarsılmaz sədd olub və olacaq. Mayın 9-da Qızıl Meydanda Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə parad başlayıb. Tədbirdə Rusiya prezidenti Vladimir Putinlə yanaşı, Belarus, Çin, Slovakiya, Serbiya və Braziliya da daxil olmaqla 30-a yaxın ölkənin liderləri iştirak edir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
Ajans.az

1Mənbələr