AZ

Qriqoryan: İrəvan-Bakı münasibətlərində Kremlin vasitəçiliyinə ehtiyac yoxdur

Ermənistanla Azərbaycan arasında  sülh danışıqlarında Rusiyanın vasitəçiliyinə ehtiyac yoxdur, ikitərəfli formatda aparılan  danışıqlar daha effektivdir.

Ölkə.az xəbər verir ki, bunu Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan  deyib.  

O bildirib ki, ikitərəfli formatda danışıqlar müsbət nəticələr verdiyi üçün də Azərbaycanla birbaşa danışıqlara üstünlük verirlər və bu formatda da işləməyə davam edəcəklər.

Danışıqların ikitərəfli olmadığı və Türkiyənin də Azərbaycanın maraqlarından çıxış edərək danışıqlarda iştirak etməsi ilə bağlı müşahidələrə cavab olaraq Rusiyanın kimin tərəfində olacağı ilə  suala gəldikdə Qroqiryan  deyib ki, bu suala cavabları olanda onu müzakirə edəcəklər.

Mürtəza
Ölkə.az

Seçilən
0
olke.az

1Mənbələr