AZ

Azərbaycan hərbçiləri Qırmızı meydanda - VİDEO

Rusiyanın paytaxtı Moskvada İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar keçirilən hərbi parada Azərbaycan hərbçiləri də qatılıblar.

Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, hərbçilərimiz 29 ölkənin liderlərinin əyləşdikləri mərkəzi tribunanın önündən keçiblər.

Azərbaycan hərbçilərinin keçidinə polkovnik-leytenant Samiq Məmmədov rəhbərlik edib.
Rusiya Prezidenti Vladimir Putin mərkəzi tribunadan paradı izləyir. O, tədbirdə 29 xarici ölkə lideri ilə birlikdə iştirak edir.

Qırmızı meydanda keçirilən parada 13 ölkədən hərbçilər qatılıb. Bura Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.

Telegram Widget
Seçilən
0
6
sherg.az

8Mənbələr